“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovla yolları ayırması gözlənilməz oldu. Nəyin baş verdiyini anlamaq mümkün deyil. Görəsən, futbolçular bu xəbərə necə reaksiya verdi? Baş məşqçinin gedişini necə qarşıladılar? Suallarımızı "boz qurd"un üzvü Şəhriyar Əliyevə ünvanladıq. Müdafiəçi Ayxan Abbasovun gedişi ilə bağlı "Offsideplus.az"a açıqlamasında bunları söylədi:
"Müəllimə gələcək karyerasında uğurlar arzu edirəm. Bu 2 il ərzində bizim üstümüzdə əməyi çox oldu. Futbolçuların yetişməsi üçün əziyyət çəkdi. Baş məşqçinin gedişi, futbolçuların bir yerə yığışmağı, yeni oyunçuların gəlməyi həqiqətədən də vaxt alan məsələlərdir. Bu ayrılığın komandaya necə təsir edəcəyini zaman göstərəcək. Ayxan müəllim çox işlər gördü. Heyəti 0-dan yığmışdı. Bizim formalaşmağımızda böyük zəhməti var. Yeni baş məşqçinin kim olacağını bilmir. İnşallah, hamı üçün xeyirli olar”.